Daha 699 türkiyəli Ukraynadan təxliyə olundu

Martın 8-də daha 699 türkiyəli Ukraynadan öz vətəninə yola salınıb. Təxliyə olunanlar Kiyev və Lvov daxil olmaqla yeddi şəhərdən çıxarılıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tviter sosial şəbəkə hesabında məlumat paylaşıb. Vətənə dönənlərə salamat yolçuluq arzulayan nazir yazıb ki, bununla təxliyə olunanların sayı 13 min 120 nəfərə çatıb.

Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir.

Qeyd edək ki, təxliyə əsasən qatar və avtobuslarla aparılır.

.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR