Kiyev yaxınlığında Rusiya raketi vuruldu

Bu gün Ukrayna ordusu Kiyev şəhəri yaxınlığında Rusiya tərəfindən buraxılan raketi zərərsizləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat yayıb.

Brovarski rayonunun Kalinovka kəndi üzərində vurulan raketin "Kalibr" model olduğu bildirilir.

Raketin parçalarının yerə düşməsi nəticəsində yanğın baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR