Paşinyan Rusiyaya səfər edəcək -

Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, hökumətin iclasında çıxışı zamanı baş nazir bildirib ki, hazırda görüşə hazırlıq işləri aparılır.

"Bildiyiniz kimi, mən apreldə Rusiya Federasiyasına səfər etməyi planlaşdırıram. Bu görüşün zəngin və yüksək səviyyədə olması üçün hər şeyi etməliyik" deyə Paşinyan qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR