Çavuşoğlu Ukrayna tərəfinin ruslarla niyə Belarusda görüşdüyünü açıqladı:

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukrayna tərəfinin Rusiya ilə niyə Belarusda görüşməyə razılıq verdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, Antalyada rusiyalı və ukraynalı həmkarları ilə görüşdən sonra bildirib:

“Ukrayna tərəfi görüşlərin Türkiyədə keçirilməsini istəyirdi. Lakin Rusiya tərəfi görüş yeri kimi Belarusu seçmişdi. Biz vəziyyətin təcili olduğunu nəzərə alaraq, Ukrayna tərəfinə dedik ki, görüşün harada keçirilməsi əhəmiyyət kəsb etmir. Əsas odur ki, tərəflər müzakirə aparsın”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR