1 milyondan çox uşaq Ukraynadan qaçqın düşüb

1 milyondan çox uşaq Rusiyanın işğalı səbəbindən Ukraynanı tərk edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Beynəlxalq təşkilatın məlumatına görə, kiçik ukraynalıların əksəriyyəti ailələri ilə birlikdə Polşa, Macarıstan, Slovakiya, Moldova və Rumıniyaya qaçıb.

Qeyd edək ki, Ukraynada rus işğalçıları nəticəsində azı 71 uşaq həlak olub, 100-dən çox uşaq yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR