Ukraynada həlak olan azərbaycanlıların SİYAHISI

Ukraynadakı hadisələr zamanı ölən azərbaycanlıların siyahısı bilinib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, xəbər verir ki, Odessa vilayətindən özləri təxliyə olunarkən Moldova sərhədinə yaxınlaşanda maşınlarının atəşə tutulması nəticəsində 1976-cı il təvəllüdlü İsmayılov Neymət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1995-ci il təvəllüdlü İsmayılov Qabil və 1997-ci il təvəllüdlü Salmanov Camal həlak olub.

1987-ci il təvəllüdlü Məmmədov Qoşqar Xarkovda küçəyə çıxanda aldığı güllə yarasından keçinib.

1978-ci il təvəllüdlü Əmrahov Elnur Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən baş vermiş partlayışda həyatını itirib.

Çerniqov şəhərində 1984-cü il təvəllüdlü Süleymanov Arzunun isə maşının üstünə raket düşüb.

Ukraynada daha üç azərbaycanlının da həlak olduğu bildirilir.

Fakt dəqiqləşdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR