Ukrayna-Belarus sərhədində təxribat törədildi

Rusiya təyyarələri Belarusun Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı məlumat yayıb.

Məlumata görə, Rusiya aviasiyası bu məqsədlə Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Kopani qəsəbəsinə hava zərbəsi endirib.

"Bu, təxribatdır. Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir", - məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR