Azərbaycanda 70 sm hündürlüyündə qar yağıb

Martın 12-si gecə saatlarından Daşkəsənə güclü qar yağıb. Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 40-50 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Qaraqullar, Gurbulaq, Astaf, Alaxançallı, Zivlan kimi dağ kəndlərində 60-70 santimetrə çatıb.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq, Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Daşkəsən şəhərində və kəndlərarası yollarda, həmçinin Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq xidmət strukturları təcili səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparır, ərazilərə qum-duz qarışığı səpilir, digər təhlükəsizlik tədbirləri həyata keçirilir.

    Güclü qar kütləsi rayonun Quşçu kənd sakini Vətən müharibəsi əlili Namazov Vasif Faiq oğlunun fərdi yaşayış evinin dam örtüyünü uçuraraq çökürüb. Rayon rəhbəri Əhəd Abıyev şəxsən öz vəsaiti hesabına dərhal Vətən müharibəsi əlili Namazov Vasif Faiq oğlunun fərdi yaşayış evinin dam örtüyünü yenisi ilə əvəzləyərək təmir-bərpa etdirib, problemlərini arada qaldırıb.

    Güclü qarın yağmasına baxmayaraq, Dövlət İmtahan Mərkəzinin Daşkəsən rayonunun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan buraxılış imtahanlarının keçirilməsinə də hər cür şərait yaradılıb.

    Hazırda rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələri işlərini hava proqnozlarını nəzərə almaqla qurur.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR