“Putinin Ukraynada məğlub olması Qarabağdakı problemlərimizi həll edəcək” -

“Putinin şərtlərini heç kim qəbul etməməlidir. Bu müharibəni dayandıra biləcək tək güc isə Vaşinqtondur. Ukrayna xalqının da bu müharibədə uğur qazanması və nüfuzunun artması müharibənin dayanmasını sürətləndirəcək”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Teymur Qasımlı edib. Onun şərhinə görə, hazırda ABŞ Sovet İttifaqı dövründə olduğu kimi Rusiyanı yalnızlaşdırmaq siyasətini davam etdirir:

“Sovet dövründə uzun müddət ABŞ və Çinin münasibətləri yaxşı olmayıb. Sovet İttifaqının da Çinlə münasibətlərinə yaxşı demək olmazdı. Lakin ABŞ-ın dövlət katibi Henri Kissincer Prezident Niksona izah etdi ki, Sovet İttifaqını təkləmək üçün Çinlə yaxınlaşmaq lazımdır. Bu yaxınlaşmanın nəticəsində Sovet İttifaqı tək qaldı və Əfqanıstanda rüsvay oldu. Nəticədə dağıldı. Bu gün də ABŞ Rusiyanı təkləmək siyasətini davam etdirir. Hətta Venesuela ilə də barışmaq üçün danışıqlar aparır”.

Ekspert qeyd etdi ki, Rusiyanın Ukraynada məğlubiyyəti Azərbaycan üçün böyük əhəmiyyət kəsb etməklə bərabər müharibə dünyanın, həmçinin keçmiş post-sovet ölkələrinin taleyini dəyişəcək.

“Rusiyanın məğlubiyyəti Qafqaz, o cümlədən Azərbaycan, həm də dünya nizamı üçün çox önəmlidir. Əvvəla, Qarabağ ətrafındakı problemlərimizin həlli daha da tezləşəcək. Qarabağda mövqelərimizin güclənməsinə böyük təsir göstərəcək. Həmçinin Azərbaycanın Qərbə doğru yolu açılacaq”.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR