Səhiyyə Nazirliyi bayramda qidalanma ilə bağlı vətəndaşlara müraciət edib

Səhiyyə Nazirliyi Novruz bayramı günlərində qidalanma ilə bağlı vətəndaşlara müraciət edib.

Metbuat.az xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev bayram süfrəsinin hər zaman zəngin qidalarla bol olduğunu deyib.

Onun sözlərinə görə, bayram günlərində süfrədə olan yağlı yeməklərdən, xüsusilə də çeşidli şirniyyat növlərindən çox yeyilməməsi məsləhət görülür:

"Şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin həmin şirniyyatlardan uzaq durmaları tövsiyə olunur. Yemək qadağası təbii ki, yoxdur. Lakin qidaları miqdarında yemək məsləhətdir. Məsləhət görərdim ki, bayram günlərində axşam saat 8-dən sonra yemək yeyilməsin və hərəkətlilik təmin olunsun".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR