Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yarımstansiyada baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən Metbuat.az-a verilən xəbərə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.