Türkmənistan hökuməti istefaya göndərildi

Türkmənistanın yeni Prezidenti Serdar Berdiməhəmmədov hökumətin tam tərkibdə istefası barədə sərəncam imzalayıb.

Metbuat.az-ın məlumatına görə, hökumət üzvləri yeni kabinet formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Yeni seçilmiş prezidentin andiçmə mərasimi səhər saatlarında Aşqabadda baş tutub. Serdar Berdiməhəmmədov ölkənin bütün dünya dövlətləri ilə mehriban qonşuluq, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanacaq neytrallıq siyasətini davam etdirəcəyinə söz verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR