Almaniya prezidenti koronavirusa yoluxdu

Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer və həyat yoldaşı Elke Byudenbender koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, onların koronavirus testi müsbət çıxıb.

Məlumata görə, simptomlar yüngüldür, prezident və xanımı dərhal evdə karantinə alınıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR