Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.
Metbuat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Malta yığması ilə üz-üzə gələcək.
Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
25 mart
Yoldaşlıq oyunu
22:00. Malta - Azərbaycan.
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Malta. Ta Qali. Milli Stadion.
Qeyd edək ki, Azərbaycan yığması martın 29-da eyni arenada Latviya ilə qarşılaşacaq.