Almaniyanı yox, Türkiyə millisini seçdi

"Köln"ün futbolçusu Salih Özcan milli seçimini edib.

Metbuat.az "NTV Spor"a istinadən xəbər verir ki, Almaniya və Türkiyə millisindən dəvət alan 24 yaşlı yarımmüdafiəçi 2-cini seçib. O, Türkiyə millisinin İtaliya ilə yoldaşlıq oyunu üçün genişləndirilmiş heyətdə yer alıb.

Özcan milli seçimi ilə bağlı deyib: "Ailəm bu qərarı verməyimdə böyük rol oynadı. Onlarla danışdım. Asan olmayacağını bilirdim, ancaq ailəmin dəstəyi ilə Türkiyəni seçdim".

Qeyd edək ki, S.Özcan daha əvvəl Almaniyanın aşağı yaş qruplarında və U-21 millisində oynayıb.

Xatırladaq ki, S.Özcan bu mövsüm Bundesliqada meydana çıxdığı 25 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR