Ukraynanın “Azov” alayı martın 1-dən bəri mühasirədə olan Mariupol şəhərinin yeni görüntülərini paylaşıb.
Metbuat.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumata görə, 24 saat ərzində Rusiya şiddətli döyüşlərin davam etdiyi Mariupol cənub istiqamətində üstünlük əldə edib.
Qeyd edilib ki, sutka ərzində Rusiya qüvvələrinin işğal olunmuş Ukrayna ərazilərindəki mövqelərində çox ciddi dəyişiklik baş verməyib.
Xatırladaq ki, şiddətli döyüşlərin getdiyi Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayıdır.



