Fariz Rzayev Qətər Dövlətinə işgüzar səfər edib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev 25-28 mart 2022-ci il tatixlərində Qətər Dövlətinə işgüzar səfər edib.

Xarici işlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Fariz Rzayev səfər zamanı Qətərdə keçirilən 20-ci Doha Forumunda iştirak edib və təbdirdə çıxış edib. Çıxışı zamanı nazir müavini 44 günlük Vətən müharibəsinin nəticələri, post münaqişə dövründə Azərbaycanın konstruktiv mövqeyi, torpaqların minalardan təmizlənməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə geniş məlumat verib.

Qətərə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev bu ölkənin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Əl-Mureyxi ilə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub.

F. Rzayev, həmçinin Qətərdəki Georgetown Universitetinin Doha filialini ziyarət edib, Universitetin beynəlxalq və regional araşdırmalar mərkəzinin rəhbərliyi ilə görüşüb. Görüşdə, Georgetown Universiteti ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR