Elşad Xose həyat yoldaşı ilə məclisdə - FOTO

Məşhur reper Elşad Xose instaqramda həyat yoldaşı ilə fotosunu paylaşıb.

Metbuat.az xəbər verir ki, məşhur xanımı ilə birlikdə müğənni Zamiq Hüseynovun oğlu Zeynin kiçik toy məclisinə qatılıb.

Elşad Xose Zamiqə oğlu Zeynin öz əlləri ilə çəkdiyi rəsmini hədiyyə edib. O bildirib ki, Zeynin fotosunu özü yağlı boya ilə çəkib.

Məlumat üçün bildirək ki, Elşad Xose ötən ilin dekabrında ikinci dəfə nikah masasına oturub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR