Putinlə Makron Ukraynanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makronun telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, danışıqlar zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.

“Rusiya və Ukrayna nümayəndələri arasında bu gün İstanbulda başa çatan danışıqların müntəzəm raundu nəzərə alınmaqla Ukrayna ətrafında vəziyyətin inkişafının aktual aspektləri üzrə fikir mübadiləsi davam etdirilib”, - Kremlin məlumatında deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR