Parkda yatan qaziyə əlillik təyin olunmadı -

Vətən müharibəsi iştirakçısı Cəfərov Sədi Sahib oğlunun bəzi sosial şəbəkələrdə yayılan videomüraciətilə bağlı araşdırma aparmaq üçün onunla telefon əlaqəsi yaradılıb.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.

DSMF rəsmisi qeyd edib ki, vətəndaş ailəsinin 12 nəfərdən (atası, anası, qardaşı və onun ailəsi, özü, həyat yoldaşı və 1 azyaşlı övladı) ibarət olduğunu bildirib:

"Onlar Ağcabədi rayonu Təzəkənd kəndində yaşayırlar. Ailənin əmək qabiliyyətli üzvləri işsizdir, lakin pay torpaq mülkiyyətçiləridir. Sədi Cəfərovun həyat yoldaşı Elnarə Cəfərova ünvanlı sosial yardımla bağlı 21 yanvar 2021-ci ildə müraciət edib. Lakin onun bu müraciətinə elektron sistem tərəfindən imtina verilib. Səbəb isə Ərizə-bəyannamədə məşğulluq və digər məlumatların düzgün qeyd edilməməsi olub.

Vətəndaşa sosial yardımla bağlı elektron qaydada müraciət edərkən ərizədə bu məlumatların, o cümlədən ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağa aid məlumatların düzgün göstərilməsinin vacibliyi bildirilib. Yeni müraciətdə məlumatların doğru olması ailənin sosial yardımla təmin edilməsi üçün əsas ola bilər".

R.Mehdili həmçinin deyib ki, Sədi Cəfərov, həmçinin 29 iyun 2021-ci ildə iribuynuzlu heyvandarlıq zərfi üzrə Özünüməşğulluq proqramına cəlb olunub:

"Yaxın müddətdə ona kiçik təsərrüfat yaradılacaq. Vətəndaşın əlilliyinin qiymətləndirilməsinə gəlincə, 6 avqust 2021-ci ildə o, əyani müayinə olunub, hazırkı vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Əlavə olaraq, Sədi Cəfərovun ailəsinə 550 manat sığorta ödənişi və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq 2500 manat maddi yardım edilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR