Rus dili FIFA-nın altı rəsmi dilindən biri olub

Rus dili FIFA-nın altı rəsmi dilindən biri olub.

Metbuat.az xəbər verir ki, müvafiq qərar ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində qəbul edilib.

Federasiyalardan 187-si bunun lehinə, 4-ü isə əleyhinə səs verib.

Rus dili ilə yanaşı, portuqal və ərəb dilləri də rəsmi dil kimi qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl ingilis, ispan və fransız dilləri ali futbol qurumunun rəsmi dil statusunu əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR