Tacikistan Prezidentindən ÇAĞIRIŞ: Vəziyyət son dərəcə təhlükəlidir - 2 illik ərzaq toplayın

Tacikistan Prezidenti Emoməli Rəhmon Ramazan ayının başlaması ilə bağlı xalqa müraciətində diqqətçəkən fikirlər səsləndirib.

Metbuat.az İnterfaks-a istinadən xəbər verir ki, o, əhalini 2 illik ərzaq ehtiyatı toplamağa və dövlət müstəqilliyinin müdafiəsinə hazır olmağa çağırıb. Prezidentin sözlərinə görə, dünyada hərbi, siyasi və iqtisadi vəziyyət son dərəcədə təhlükəlidir. Buna görə, də bəzi ölkələrin müstəqilliyi sual altındadır.

“Bu vəziyyət bizi həmrəy olmağa və dövlətin təhlükəsizliyini təmin etməyə çağırır. Biz mütəqqiliyimizi, sülhü, siyasi sabitliyi qorumağa hər zaman hazır olmalıyıq” - deyə prezident bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR