Oğuz rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Metbuat.az-ın məlumatına görə, yanğın rayonun Xaçmaz-Qışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.