Qəbələdə meşə ərazisində yanğın başladı

Qəbələ rayonu, Yenikənd meşəbəyliyinin ərazisində yanğın hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsinə çalışırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR