Zelenski Putinlə görüş üçün əsas şərtini açıqladı

"Görülənlərdən sonra Rusiya ilə hansısa danışıqları necə apara biləcəyimizi söyləmək çətindir. Bu, şəxsi səviyyədədir. Amma bir Prezident kimi mən bunu etməliyəm".

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O deyib ki, bu gün yüz minlərlə insanın ölümünün qarşısını almaq, müharibəni dayandırmaq üçün dialoqdan başqa yol yoxdur: "Yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur, amma atəşlər davam edərkən bir araya belə gələ bilmirəm. Ona görə də, əvvəlcə atəş dayandırılmalıdır. Onda görüş keçirə bilərik”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR