Ukrayna və Rusiya razılaşmaya yaxındır -

Kiyev və Moskvanın nümayəndələri Ukraynanın nüvəsiz, bloklardan kənar və neytral statusunu nəzərdə tutan razılaşmaya yaxındır.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.

“Hesab edirik ki, tərəflər razılaşmaya nail olmağa çox yaxındır”, - deyən Zelenski bildirib ki, mümkün razılaşma ölkələrin rəhbərləri səviyyəsində təsdiq olunmalıdır.

Prezident, həmçinin vurğulayıb ki, Ukrayna nüvəsiz, bloklardan kənar və neytral statusu qəbul edəcək, eyni zamanda Avropa İttifaqının üzvü olacaq:

“Razılaşmanın əsas hissəsi təhlükəsizlik zəmanətidir. Təhlükəsizlik zəmanəti bizim ölkəni dəstəkləyəcək dövlətlər dairəsinin mövcudluğunu nəzərdə tutur. Rusiya tərəfdən təcavüz olduğu təqdirdə, bu ölkələrin liderləri Ukraynaya müxtəlif yollarla kömək edəcəklər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR