Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Matçı rumıniyalı İştvan Kovaç idarə edəcək.

Gecənin digər matçında Portuqaliya "Benfika"sı İngiltərə "Liverpul"unu qəbul edəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Atletiko" Madrid (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR