Azərbaycan və İsrail arasında vacib sənədlər imzalandı

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Rayzone Group” şirkəti arasında sənəd imzalanıb.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

O qeyd edib ki, həmçinin “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin su resurslarının idarə edilməsi sahəsində ixtisaslaşmış “Mekorot” şirkəti arasında imzalanmış sənədlər İsrailin qabaqcıl təcrübəsinin ölkəmizə transferi, texnoloji imkanların genişləndirilməsi, innovativ alətlərin tətbiqi üzrə yeni əməkdaşlıq platforması yaradacaq və hər iki tərəf üçün faydalı olacaq.

“Mekorot” (@mekorot_il) şirkəti arasında imzalanmış sənədlər İsrailin qabaqcıl təcrübəsinin ölkəmizə transferi, texnoloji imkanların genişləndirilməsi, innovativ alətlərin tətbiqi üzrə yeni əməkdaşlıq platforması yaradacaq və hər iki tərəf üçün faydalı olacaq.
2/2#EconomyAzpic.twitter.com/NJKRsFFT1Y
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 5, 2022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR