Buçada qalan sakinlərin sayı açıqlandı

Güclü döyüşlərin getdiyi Kiyev vilayətinin Buça şəhərində 3700 sakin qalıb.

Metbuat.az xəbər verir ki, bunu Buça şəhərinin meri Anatoli Fedoruk Teleqram kanalında deyib.

Fedoruk qeyd edib ki, aprelin 7-dən sonra həkimlər və kommunal xidmət işçiləri şəhərə qayıda biləcəklər.

“Bir həftədən sonra yəqin ki, normal həyata qayıtmaq imkanı yaranacaq. Dördüncü gündür ki, şəhər minalardan təmizlənir", - Buça şəhərinin meri deyib.

O, həmçinin əlavə edib ki, demək olar ki, bütün əsas elektrik ötürücü şəbəkələri məhv edilib.
“Ümid edirəm ki, bir həftədən sonra biz yavaş-yavaş normal həyata qayıda biləcəyik. Artıq mövcud olan şəraitdə. Biz su və qaz təchizatının bərpası üzərində işləyirik”, - deyə mer bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR