Erməni deputatdan ŞOK AÇIQLAMA -

Bu gün Ermənistan müxalifəti İrəvanın mərkəzində hakimiyyət əleyhinə mitinq keçirib.

Metbuat.az xəbər verir ki, aksiyada çıxış edən deputat Aram Varcanyan ölkəsinin və xalqının gələcəyinin olmadığını bəyan edib.

O, baş nazir Nikol Paşinyanın yürütdüyü xarici siyasətin onları məhvə apardığını deyərək gileylənib.

- Ermənistan son yüz ilin ən ağır günlərini yaşayır. Bu mübaliğə deyil. Biz yox olmaq ərəfəsindəyik. Hökumət erməni xalqına deyil, Azərbaycan və Türkiyəyə sülh vəd edir. Ermənistan bu ölkələr üçün dövlət olacaq. Azərbaycan üçün bu sülh Qarabağın "öz müqəddəratını təyin edən respublika" kimi sıradan çıxarılması, Zəngəzurun isə tutulması deməkdir, - erməni deputat gileylənib.

Qeyd edək ki, bu gün Ermənistan müxalifəti İrəvanda hakimiyyət əleyhinə mitinq keçirib. Onlar iki ölkə arasında planlaşdırılan sülh müqaviləsinə etiraz edib, Azərbaycanın torpaqlarına qarşı isə ərazi iddiaları səsləndiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR