Rusiya ordusu bu istiqamətdə hücuma keçdi - İtkilər var

Rusiya ordusu İzyum şəhərindən Slavyansk və Kramatorsk istiqamətində hücuma keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç açıqlama verib. O bildirib ki, ruslar nisbətən irəliləsə də, itkilər verib. Hücumlar zamanı Rusiya ordusunun 1 helikopteri vurulub.

Məlumata görə, rus qüvvələr Ukrayna ordusunun şimal istiqamətindən Donbasa irəliləməsinə mane olmağa çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR