Avropa Birliyi ölkəsindən GÖZLƏNİLMƏZ QƏRAR: Putinin şərtini qəbul etdi -

Macarıstan Rusiyadan idxal edilən təbii qazın ödənişini rubl ilə edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban açıqlama verib. O bildirib ki, ödənişin rubl ilə edilməsi üçün texniki məsələlər hazırlanır. Bundan əvvəl Slovakiya oxşar qərar qəbul edib.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiyaya “dost olmayan” ölkələrin idxal etdiyi təbii qazın ödənişini rubl ilə etməsi barədə qərar qəbul edib. İndiyə qədər ödəniş avro və dollarla edilirdi. Putinin bu həmləsindən sonra Ukrayna müharibəsi dövründə dəyər itirən rubl xarici valyutalar qarşısında yenidən dəyər qazanmağa başlayıb. Rubl dollar qarşısında Ukrayna müharibəsindən əvvəlki dəyərini bərpa edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR