Avstriya kansleri Kiyevdə səfərdədir

Avstriya kansleri Karl Nehammer Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Metbuat.az xəbər verir ki, kansler səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Avstriya Rusiyanın təcavüzünə qarşı müqavimətdə bizi dəstəkləyir. Federal kansler Karl Nehammerin səfəri Ukrayna xalqı ilə mühüm həmrəylik nümayişidir", -.Zelenski bildirib.

Avstriya kansleri Ukraynanın Baş naziri Denis Şmigel və Kiyev meri Vitali Kliçko ilə də danışıqlar aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR