Türkiyədə AĞIR QƏZA -

Türkiyənin Adana şəhərinin Kozan rayonunda hərbiçilərin olduğu avtomobil qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, qəza zamanı 1 zabit və 1 çavuş həlak olub, 3 əsgər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Qəzadan sonra hadisə yerinə gedən Adana valisi Süleyman Elban qəzanın mülki avtomobilin qırmızı işıqda keçərək qaydanı pozması nəticəsində baş verdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR