“Location”dakı partlayışda xəsarət alan əcnəbi qadın o imiş... -

Məlum olduğu kimi, “Location” gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan ikisi xarici ölkə vətəndaşıdır. Bunlardan biri italiyalı Vikili Valeri, digəri isə seneqallıdır. Partlayışdan sonra yaralılarla bağlı siyahıda Seneqal vətəndaşının adı qeyd olunmamışdı.

Metbuat.az xəbər verir ki, “Qafqazinfo” onun kimliyi barədə bəzi məlumatları əldə edib.

Məlumata görə, gecə klubunda baş verən partlayışda ağır xəsarət alan qadının adı Sameeradır. O, sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. Bundan başqa, afrikalı qadın model kimi də çalışıb. Sameera hətta müğənnilərdən birinin klipinə də çəkilib.

Qeyd edək ki, Seneqal vətəndaşı partlayışdan sonra Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR