ABŞ-dan Azərbaycan və Ermənistana

Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmasları fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb.

“Birləşmiş Ştatlar bu təşəbbüslərdə Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”, - Dövlət Departamentinin məlumatında vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR