Bakı Dərin Özüllər Zavodunda baş vermiş qəzada xəsarət alan yoxdur -

Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopmuş və nəticədə barja yanalma körpüsünə toxunmuşdur.

Metbuat.az-ın məlumatına görə, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilmiş və digər zəruri tədbirlər həyata keçirilmişdir.

Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa olunaraq aprelin 10-da gün ərzində adi qaydada icra olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR