Uşaqlarda suçiçəyi:

Su çiçəyi viruslar tərəfindən törədilən infeksion xəstəlikdir. Əksər hallarda problemsiz yüngül olur. Bəzə isə ciddi problemlərə səbəb olur. Hava, damcı yolu ilə keçir.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən pediatr-neontoloq Altay Abdullaoğlu bildirdi ki, xəstəlik bədən temperaturun yüngül dərəcədə yüksəlməsi, halsızlıq, şikayətləri ilə başlaya bilir. Sonrasında su çiçəyinə məxsus səpkilərin əmələ gəlməsi ilə davam edir.

"Səpkilər əsasən üzdə, başın tüklü hissəsində, bütün bədəndə, ətraflarda su damlası şəklində olur. Bəzi hallarda səpkilər ağız boşluğunun selikli qişasında, gözün konyuktivasında, cinsiyyət orqanında da təsadüf edə bilir. Səpkilərdə 1-2 gün ərzində çoxalma müşahidə edilir. Diaqnoz isə səpkilərin xarakterinə əsasən qoyulur".

Altay Abdullaoğlu qeyd etdi ki, su çiçəyi xəstəliyinin xüsusi bir müalicəsi yoxdur.

"Xəstəliyin şikayətlərinə əsasən qızdırmasalıcılar, qaşıntı çox olarsa, qaşınma əleyhinə yüngül dərmanlar, qızartılar artırsa, antiseptiklərdən istifadə edilə bilər. Bundan başqa su çiçəyi zamanı dəri ağırlaşmalarının olmaması üçün dəri təmizliyinə diqqət edilməlidir. Dəri təmiz və quru saxlanılmalıdır. Dərini xüsusi şəkildə yumaq, ehtiyatlı şəkildə çimizdirmək olar. Uşağın yaranı qaşımamasına diqqət edilməlidir. Qidalanmasında isə xüsusi bir pəhrizə ehtiyac yoxdur".

Məlumat üçün bildirək ki, su çiçəyi virusundan qorunmaq üçün peyvənd olunmaqda fayda var.

Aidə Fərzəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR