Mahir Emreli ardıcıl 2-ci qolunu vurdu -

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, 25 yaşlı hücumçu 1-ci Liqanın XXXI turunda "İstra" ilə ev matçının iştirakçısı olub.

Meydana start heyətində çıxan forvard 50-ci dəqiqədə komandasının sonuncu qoluna imza atıb. O, 72-ci dəqiqədə Bruno Petkoviçlə əvəzlənib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər iki qolu 8-ci və 45+1-ci dəqiqələrdə Mislav Orşiç vurub. Beləliklə, "Dinamo" bu qələbədən sonra xallarını 66-ya çatdıraraq zirvədəki yerini möhkəmləndirib. 26 xalı olan "İstra" isə 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, Mahir Emreli XXX turda "Riyeka"ya qarşı çempionat matçında da fərqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR