XI sinfi bitirənlərin təxminən 30%-i kolleclərə və ali məktəblərə sənəd vermir -

“Şagird I mərhələdə hansı bal toplamasından asılı olmayaraq, ikinci mərhələdə 100 və ya 150 bal toplayırsa, müsabiqəyə qoşula bilər”.

Metbuat.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib:

"Buraxılış imtahanı verən hər kəs ali məktəbə sənəd vermir. 200 baldan yuxarı nəticə göstərənlərin də arasında müəyyən şagirdlər var ki, onlar ali məktəblərə sənəd verməyib. Bunlara fərdi yanaşmaq üçün biz bu siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik. Həmin uşaqların nəticələri çox yaxşıdır və öz yaşıdlarından fərqlənirlər. Təhsil Nazirliyi bunu araşdıracaq”, deyə o qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR