Ukrayna ordusu rusiyalı polkovnikin ölümünü belə elan etdi:

Rusiya ordusunun 49-cu zenit-raket briqadasının komandiri, polkovnik İvan Qrişin Ukraynada həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb. Məlumata görə, rusiyalı polkovnik Ukrayna ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində öldürülüb. “İvan Qrişin “təlim”lərdə azmışdı, artıq evinə “qayıdır”, - deyə məlumatda ironiyalı şəkildə qeyd olunub.

Rusiya tərəfi hələlik , polkovnik İvan Qrişin öldüyünü təsdiq etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR