Abşeronda itkin düşən tələbə qız Masallıda

Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universitetinin tələbəsi Lamiyə Binnətova aprel ayının 1-də müəllimdən icazə alaraq dərsdən çıxıb və bir daha geri qayıtmayıb.

Metbuat.az Azərbaycan Universitetləri səhifəsinə istinadən xəbər verir ki, Lamiyə Binnətova tapılıb.

Onun Masallı rayonuna getdiyi məlum olub.


11:09

Bakı Mühəndislik Universiteti (BMU) itkin düşən tələbənin aprelin 1-dən dərslərdə iştirak etmədiyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Qafqazinfo”ya bildirib ki, həmin gün Memarlıq və İnşaat fakültəsinin 3-cü kurs tələbəsi olan Lamiyə Binnətova saat 16:50-də müəllimindən icazə alaraq dərsdən çıxıb:

“Tələbə dərsdən çıxdıqdan sonra universitet ərazisini tərk edib və geri qayıtmayıb. Bununla bağlı onun valideynlərinə və aidiyyəti üzrə polisə məlumat verilib. Əlavə olaraq qeyd edə bilərəm ki, L.Binnətova universitetin nümunəvi tələbələrindəndir, davamiyyəti və qiymətləri yaxşı olub”.

Qeyd edək ki, Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetinin tələbəsi Lamiyə Binnətova itkin düşüb. Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR