Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bunu görüşdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının, biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb", - deyə o, qeyd edib.