“Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya işğalı planlaşdırarkən Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenskini məhv edəcəyinə söz verib”.

Metbuat.az xəbər verir ki, bunu “Radio NV”yə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

"Fevralın 3-də bizim prezidentin məhv edilməsi planı razılaşdırılıb və Kadırov onun qrupunun bunu edəcəyi ilə bağlı öhdəlik götürüb", - Danilov deyib.