“Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran şəhərindəki “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DSX-nın “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Xalid Əliyev, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR