ABŞ və Britaniya Rusiya təhlükəsinə qarşı İsveçə təminat verib

“ABŞ və Böyük Britaniya İsveçə NATO-ya üzv olmaq üçün rəsmən müraciət edəndən sonra hərbi alyansa qəbul edilənə qədər təhlükəsizlik təminatı verib”.

Metbuat.az xəbər verir ki, İsveçin hakim dairələri NATO-ya üzv olmaq üçün müraciət edəndən sonra suverenliyi üçün təhlükə ola biləcəyindən narahatdır. Xarici KİV-lər yazır ki, ABŞ və Böyük Britaniya NATO-ya üzv olana qədər İsveçə qəti vədlər verib.

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün qərar verdiyi irəli sürülür. Rusiya isə buna cəhd ediləcəyi təqdirdə nəticələrinin olacağı barədə xəbərdarlıq etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR