Mahirin komandası heç-heçə etdi

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 33-cü tur oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Ante Çaçiçin baş məşqçisi olduğu komanda səfərdə "Lokomotiva" ilə qarşlaşıb.

Zaqreb derbisi 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Emreli 63-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Dinamo" 70 xalla 1-ci, "Lokomotiva" 45 xalla 5-cidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR