Neymar və Messi mövsümün ən yaxşı oyunçuları siyahısında yer almayıb

Futbol üzrə Fransa çempionatında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin siyahısı bəlli olub.

Metbuat.az Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, PSJ-nin ulduz futbolçuları Lionel Messi və Neymarın adı isə görülməyib. Siyahıda Kilian Mbappe, "Monako"dan Vissam Ben-Yedder, "Marsel"dən Dmitri Payet, "Lion"dan Lukas Paketa və "Renn"dən Marten Terrye namizədlər sırasında yer alıblar.

Qeyd edək ki, qalibin adı mayın 15-də bəlli olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR