“Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hitlerin yəhudilərlə qohumluğu olub” sözlərinə görə üzr istəməlidir”.

Metbuat.az xəbər verir ki, İsrail prezidenti İsaak Hersoq belə açıqlama verib. O bildirib ki, Lavrovun açıqlamalarından həm qəzəblənib həm də iyrənib.

Qeyd edək ki, Sergey Lavrov İtaliya mediasına açıqlamasında Ukraynada faşistlərinin olduğunu irəli sürüb:

“Bəzi ukraynalı hərbçilərin üzərində faşist simvolları var. Zelenskinin yəhudi olduğunu deyirlər. Məncə Hitlerin yəhudilərlə qohumluğu var idi. Yəhudilərə qarşı ən böyük qüvvə elə yəhudilərdir”.