NATO-nun Baş katibi Yens Stoltenberq koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Oana Lunçesku məlumat verib.

O bildirib ki, Baş katibin COVID testinin nəticəsi müsbət çıxıb.

Məlumata görə, Stoltenberqin hazırda yüngül simptomları var.